Qubadlı rayon ictimaiyyətinə ağır itki üz verib; rayonun Saray kənd sakini Yusif Veysəl oğlu İsayev mayın 24-də haqq dünyasına qovuşub.
Y.İsayev Saray kəndinin ilk ali təhsilli mütəxəssisi olub, uzun illər rayonda tədarük idarəsinin, maşın-mexanikləşdirmə müəssisənin rəhbəri, rayon kənd təsərrüfatı idarəsinin baş mexaniki, rayon sovetinin deputatı, rayon icraiyyə komitəsinin katibi kimi məsul vəzifələrdə özünü bacarıqlı təşkilatçı, işgüzar rəhbər kimi göstərib. Uzun illər Sumqayıtdakı “Şəfa” mərasim evinin rəhbərliyini halallıqla aparması, insanlarla daimi ünsiyyəti, dəyərli məsləhətləri ona layiqli hörmət qazandırıb. Harda çalışmasından asılı olmayaraq, Y.İsayev hər zaman insanlara yaxşılıq etməyə çalışıb, xeyirxah adam olub. Bu xasiyyətləri ilə birlikdə onu Qubadlı camaatına sevdirən həm də üz-gözündən əskik olmayan xoş təbəssümü, ətrafındakılara, həmsöhbətlərinə nikbin ovqat bəxş edən mehribanlığı, şirin, yaddaqalan zarafatları, dostluqda, qohumluqda sədaqəti, sadəliyi, səmimiyyəti olub. Qubadlı həsrətli şirin təbli şeirləri kitablara salınıb. Y.İsayev layiqli övladlar böyüdüb. Həm Qubadlıda, həm də Sumqayıtın ictimai həyatında fəal iştirak edib, həmişə mənalı, məzmunlu çıxışları ilə seçilib. Ömrünün son aylarında ürcah olduğu xəstəliyi də ilahi qədər-qismət kimi qarşılayıb, dözümlü yanaşıb, ətrafındakıları ağrı-acılarına şərik etməyib. O, örnək sayıla biləcək ömür yaşayıb.
“Zəngəzur” Cəmiyyətinin İdarə Heyəti Birliyimizin Ağsaqqallar Şurasının üzvü Yusif İsayevə Allahdan rəhmət, əzizlərinə sağlam, uzun, xeyirli ömür diləyir.
24.05.2026