18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
Müstəqilliyin Bərpası Günü Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 15-də təsdiqlədiyi “Müstəqillik Günü haqqında” yeni Qanuna əsasən qeyd edilir.
35 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxlayıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edilib. Bununla da xalqımızın azadlıq arzusu reallığa çevrilib.
Dövlət müstəqilliyimizin əbədi olması arzusu ilə,
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi