Azərbaycanın tanınmış riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor Məhəmməd Quliyev vəfat edib.
Mərhum Məhəmməd müəllim Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. 1950–1959-cu illərdə Qubadlı rayonunun Xanlıq orta məktəbində oxuyub. 1959–1965-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1965–1967-ci illərdə Qubadlı rayonunun Xanlıq orta məktəbində müəllim işləyib. 1959–1965-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1974-cü ildən BDU-da çalışıb. Ölkəmizdə və xaricdə 100-dən çox elmi məqaləsi, monoqrafiyaları nəşr olunub.
M.Quliyev “Zəngəzur” Cəmiyyətləri Birliyininin ilk qurucularından biri, İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü olub. O, daim doğulub böyüdüyü Qubadlının, Zəngəzur elinin sevinci, ağrı-acıları ilə yaşayıb, xeyirxah təəssübkeşliyinə görə də sevilib. Alim, müəllim, ziyalı vətəndaş nümunəsi ilə ölkəmizin elmi ictimaiyyətində, xüsusən uzun illər çalışdığı BDU-nun professor-müəllim, çoxminlik tələbələri arasında böyük hörmət, nüfuz qazanıb, el-obasına da şərəf, şöhrət qazandırıb.
Allahdan dəyərli ağsaqqalımız professor Məhəmməd Quliyevə rəhmət diləyir, əzizlərinə başsağlığı veririrk.
“Zəngəzur” Cəmiyyətləri Birliyininin İdarə Heyəti və Ağsaqqallar Şurası adından sədr Dr.Hacı Nərimanoğlu