Dövlət Suverenliyi Günü tariximizin ən qürurverici səhifələrindən biridir

Dövlət Suverenliyi Günü tariximizin ən qürurverici səhifələrindən biridir

2020-ci il 44 günlük Vətən müharibəsindən 3 il sonra - 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi və Konstitusiya quruluşu tam bərpa olundu.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən hər il qeyd edilir.

Bu münasibətlə xalqımızı təbrik edir, Dövlət Suverenliyimizin əbədi olmasını diləyir, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə canlarını fəda edən şəhidlərimizə əbədi sevgimizi, Ordumuza, qalib əsgər və zabitlərimizə ən xoş arzularımızı bildiririk.

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi