ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR

   Olmuş əhvalat, 4 şəkilli tragikomediya

         mən

  Əhvalat Mingəçevir şəhər məscidində vaqe olur. 1998-ci il, 30 yanvar, saat 10.30 radələridir. Ramazan bayramının ilk günüdür, məscidin qabağına xeyli adam yığılıb. Şəhərin rəhbərləri, müavinləri, prokuror, polis və MTN rəisləri, YAP, bələdiyyə idarələri, başqa aktivlər daxildir. Onların arasında general libasında ortaboylu, sarımtıl sifətli biri diqqəti xüsusi çəkir, qayışının üstündə tapança bağlamış, təkəbbürlü, arxasınca da 2 nəfər rus “OMON”çusu geyimində, qabaqda da 2 nəfər milli cangüdənin - azərbaycanlı olan bilinir. Şəhər camaatı, rəhbərləri generalı qabağa verib “buyur,”la məscidin qırmızı xalı döşənmiş pilləkənlərdən irəli buraxırlar, lazım də ardınca girirlər məscidə.

 

           Eşikdə c amaatdan səslər gəlir. “Generalımıza eşq olsun”, “Sən bizimlə fəxrimizsən”, “Azərbaycan səninlə fəxr edirsən” nidaları, alqışlar ara vermir.

          Yerdən alqışlar səs gələndə sadə kəndli geyimdə bəzi adamların danışığı da eşidilir.

             Biri: Ə...illaf gedib yaxından baxdım e...Həqiqi bizim İbrahimin oğludu, özüdü...

              O biri: Xanabadlı şofer İbrahimin?

              Digəri: Torpaq yetişdirir də, elə bilirdiz bizdə ancaq qarpız yetişir hə..?!

              Biri: (səsin lap yavaşıdır) Ə bu avaranın biriydi e.. uşaqlıqda qonum-qonşu bunun ondan bezar qalmışdı, hinlərdə yumurta da qoymurdu qala, arvad-uşaq bunun dərdindən axran dururdu toyuq-cücəyə, gördüyün qapını...

            O biri: Ona deyirlər e kiminin əvvəli, kiminin sonrası. Ata-anası bunun bu günün görmədilər, yazıqlar qəbrə də Sibirxan deyə-deyə özgələrin çiynində getdilər.        

Biri: Əyə, sən ondan danış ki, 3-4 günə Qarabağı alırıq e...Deyir Gəncədən Qazağa, Horadizə qədər rus əsgərinin, tankının əlindən tərpənmək olmur, yüklərdən daşıyıb hadisə gecənin töküblər. Komandiri də bax budur.

            O biri: Putinin özü göndərib, bizimkilərlə də razılığa gələnlər, ermənilərdən də. Məsələ həll olunur. Rusun əli ilə əldə verirlər, hər hansı bir şəkildə dururlar olan yerdə, arada, kənarda.

             Digəri: Əyə qoy olsun dayna, kor nə istər-iki göz, biri əyri, biri düz. Onsuz da biz torpaq alası millət deyilik. Bu qaçqın-quçqunundan bezar qaldıq ta, çıxıb getsəydilər dincələrdik.

            General və rəhbərlər məscidin içinə girib baxıb dururlar pilləkənin başında, səssizlik yaranır.

Axund Camaat: Bu gün müqəddəs Ramazan bayramı, biz bir azdan bayram namazına başlayacağıq, ancaq namazdan xəbər sizə hamımızı sevindirən verim ki, Azərbaycanın qabaqcıl generalı, uşaqlığı, məktəb illəri bizim nurlu şəhərimizdə keçən Sibirxan İbrahimoviç 30 ildən sonra ilk dəfə Mingəçevirə təşrif buyurub, gəlin onu alqışlayaq. (Yerdən “xoş gəlib, səfa gəlib” səsləri gəlir)

Söz hörmətli İcra başçımızındır, buyurun.

            Başçı . Hamınızı şəhərin adından bu əziz gün münasibətilə salamlayıram, bayramınız mübarək, Allah oruc-namazınızı qəbul eləsin. Heç vaxt Ramazan bayramında bura bir belə adam toplaşmışdı, bu bizim əziz generalımızın hörməti şərəfinədir. Ona hamınızın adından “doğma xoşbəxt xoş gəlmisən!”-deyirəm.

Axund: Hörmətli başçımızdan sonra mən sözüm Ağdamdan məcburi köçkün gəlib 5 ildir şəhərimizi ağır nəfəsi ilə şərəfləndirən Seyid Sabir ağaya verirəm.

            Seyid: (əllərinin bərk-bərk əsdiyi görünür). Camaat mən gecə gördüyüm yuxunu sizə danışın. Gördüm bir cüt ağ libaslı mələk qondu çiyinlərimə, dedi: -Ey imam övladı, səhər sizin şəhərə bir hörmətli zat təşrif buyuracaq, onu salamla, camaata de ki, Allahtaala kafərlər qalan torpaqlarınızı onun əliynən qaytarıb ucuz qaçqın-didərgin bəndələrinə. (Ağlamsınır, yeriyib generalın boynun qucaqlayır, üzündən bərk-bərk öpür): - “Səni göndərən Xudavəndi-aləmin izzəti-cəlalinə min şükürlər olsun, ay oğul, qurtar bizi bu bəladan”-deyir.

     Yerdən səs: Hamımız onun arxasınca əlimizə silah alıb ölümə də getməyə hazırıq (Yenə çəpik, alqış səsləri gəlir).

      Camaatın alqış sədaları, xeyir-duaları ilə qabaqda General olaraq bayırda dayanmış arasından keçib məscidin qarşısındakı yeməkxanada məxsusi hazırlanmış otağa girirlər .

      

                            ikinci hissə

 

    Şəhərin ən böyük şadlıq sarayında bol süfreli musiqili məclisdir. Başdakı masada yuxarıda şəstlə oturan Generalın yanında şəhər rəhbərləri əyləşiblər, çoxlu seçmə adamlar, şəhər aktivləri görünür.

     aparıcısı Mingəçevir Dövlət Dram Teatrının aktyoru, şəhərin toy məclislərinin məşhur tamadası Habil İbrahimlinin ümumi keçdiyi mənalı ömür yolu haqqında məlumat verir.

    İlk şəhərin rus dilində ən yaxşı biləni, təhsil dəyişmə baş inspektoru Ələsgər müəllimə söz verilir, o, əlavə ki, qırmızı papkadan çıxardığı rus dilində əvvəl pafosla, ardınca da xüsusi bəlağətlə Azərbaycan oxuyur.

 

    “Hörmətli general-mer Sibirxan İbrahimoviç İbrahimov!

     Sizi, Rusiya Federasiyasının daxili idarə orqanlarında uzun müddət fəaliyyət göstərmiş daxili xidmətin ümumisini 50 yaşının tamam olması münasibəti ilə təbrik edirəm. Sizə Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra yüksək uğurlar arzulayıram.

  

     Hörmətlə, Vladimir Putin

     Rusiya Federasiyasının Prezidenti”

 

    Möhür olduğu görünən görünən qaldırıb fəxrlə qarşısındakı mediaəhlinin rahat yaddaşa köçürməsinə imkan yaradır, dübarə qaldırıb məclis əhlinə göstərir, alqışlar gəlir.

        Başçının köməkçisi : İcazənizlə mən də şəhər İcra başçısının Sərəncamını oxuyum.

     “Mingəçevir Şəhər İcra Hakimiyyətinin mövcud: daxili xidmət general-mayoru Sibirxan İbrahim oğlu İbrahimova Mingəçevirin fəxri vətəndaşı adı verilsin, onun adı şəhərin “Şərəf kitabı”na ​​yazılsın.”

       Şəhər müəssisə adından icazənizlə bir ədəd rəngli televizor və maqnitofonu da hədiyyə olaraq cənab generala təqdim edirəm. (Hədiyyələr gül-çiçək dəstəsi ilə birlikdə generala verilir.)

     Axund irəliləyiş, yanında da İcra Hakimiyyətində qardaşı çıxış edir: Bilirsiz ki, bu məclisi biz qardaşlar halal pulumuzla təşkil eləmişik. Yaxın günlərdə eşidəcəyimiz xoş xəbərli günlər münasibəti ilə (başı ilə Qarabağ tərəfə işarə edir) indidən hamınıza gözaydınlığı verirəm. Söz veririk ki, Şuşa, Laçın alınanda da belə bir yemək-içmək məclisi təşkil olunacaq, inşallah! Biz qardaşlar adından bu nəfis İran xalçasını, ehtiyacı olmasa da, bu konvertin içindəki ilə birlikdə yubilyarımıza təqdim edirik.

      (İki qardaş hərəsi bir tərəfdən gəbəni açıb generala təqdim edirlər.)

     Generalın şəstlə idarəsinə deyilən sözlər, sağlıqları yalnız rumka qəbul duyğularla dinlədiyi görünür .

     AMİP Vahid :-Mənə bu məclisdə söz verildiyinə görə, özümü xoşbəxt hiss edirəm. Qürur duyuram ki, mən də fəxrimiz olan generalımızla bir məktəbdə, eyni sinifdə oxumuşam. Həmişə düşünürdüm ki, çoxlu istedadlı adamlar yetirmiş nur şəhərimizin niyə bir generalı yoxdur. Axır ki, bu bizim də gerçəkliyə çevrildi. Biz şəhər sakinləri də hörmətli generalımızın probleminin həllinə misilsiz töhfə verəcəyinə inanır, onu tələb edir, bildiririk ki, Qarabağdan gedirsə, heç bir iqtidar-müxalifət söhbəti ola bilməz, biz Qarabağı çoxdan gözlədiyimizi edirik.

Çıxışlar davam edə-ed sarayın ən ucqarə cəhd sərxoş olduğu görünən cangüdənlərin ofisiantlarla əvvəl yavaş, sonra ucadan eşidilən səslərlə mübahisə görünür.

  1-ci: Ədə, araq gətir deyirəm sənə, sən bilmirsən ki, mən Generalın axranasıyam, onu mən Rusetdən pravajat eliyib gətirmişəm e bura.

  Ofisiant: Əşi yoxdu araq, bizə deyiblər cəmi 200 nəfər adam olacaq, o qədər də yemək-içmək düzülüb, hələ qonaqsınız deyənə sizin stola ikisin də lişni qoymuşduq.

   2-ci : Ayə bizik burda lişniy?

   Səs-küyə general durub gəlir, hər ikisinin başını qucaqlayıb qulaqlarına nə deyir, üzlərindən öpür, ofisantlara:-Onlara bir şüşə də araq verin, xahiş edirəm- deyib gedir.

   Qəzetçi Mərdanə görə qəzetin birinci şəkli generalın fotosu da görünür, çıxış edir: Qəzetimizin indi sizlərə paylanan xüsusi nömrəsini elə indicə mətbəədən çıxardıb gətirmişik ki, bu da bizim hədiyyəmiz olsun, əliniz qaralsa, üzürlü hesab edin, hələ rəngi qurulmayıb. Qəzet bütünlüklə generalımızın şərəfli ömür yoluna həsr olunmuş, qeyd ki, bir çoxlarınızın ürək sözləri tapa bilməyiniz, yenidən sayımızda bugünkü tədbirlə birlikdə hörmətli generalımızın iştirakını verəcək. Siz burada generalımızı yaxından tanıyanların, orta məktəb yoldaşlarının, müəllimlərinin, Rusiyada uzun illər onunla çiyin-çiyinə çalışmış yüksək rütbəli zabitlərin ürək sözlərini oxuya bilərsiniz. Dün də bilirsiniz ki, yerli televiziya ilə xüsusi veriliş getdi, bu gün gördüyünüz kimi respublikamızın bütün televiziyalarının reportajları intizarla hörmətli generalımızın çıxışını gözləyir. Mən onların şəhərimizin bütün hüquq adından generalımızı yubileyi ilə münasibəti ilə təbrik edirəm, şəhərimizin, Azərbaycanımızın ucaltdığına görə adına sonsuz təşəkkürlərimizi bildirirəm.

      (Qurultulu alqışlarla söz Generala verilir.)

  General pozuq Azərbaycan dilində danışır, sərxoş olduğu, narahatlığı da görünür: Məni tanıyanlar bilir ki, mən düz 30 ildir ki, doğulduğum bu şəhərə gəlməmişdim. Səbəb də bu idi, məni tanıyanlar bilir, mən evdən gedəndə demişdim ki, general olmayınca bura gəlməyəcəm. Ağzımdan onu kimi də elədim. a, Rossiyada olanda eşitdim ki, anam can üstədir, atam ölüb, onda yenə gəlmədim ki, ancaq general formasında gedəcəyəm vətənimə, onu gözlədim ki, dediyimi edim. Bu da mən!

   (Yenə məclisin aşağı bucağına işıq düşür. Bayaqkı stoldakı cangüdənlərdən birinin kefli səsi:-əllərin Generala tərəf uzadıb: -ayə, julik, de bura araq gətirsinlər, yoxsa...sənin general ağzını.., əlin stolun üstünə çırpır o biri də tapançasını çıxarıb yuxarı qaldırır, bir neçə yerli polis onlara tərəf gedir)

   General davam eliyir:-Mənim Rusiyadakı dostlarım çox işləyir ki, mənim birinci yubileyimi Moskvada otmeçat eləsinlər, ancaq mən dedim yox, öz Vətənimə gedirəm-Minqeçaura. İndi budur, sizinləyəm, burdan da (eyhamla o tərəfi göstərir) o yana gedəcəyik, biz razı ola bilmərik ki, torpaqlarımız ermənilərin əlində qalsın...

   Yerdən: Qa-ra-bağ, Qa-ra-bağ!-səsləri gəlir.

    Bayaqkı stolda səs-küy yenə qalxır, çıxışını bitirən general bir də onların yanına gəlir, boyunların qucaqlayıb öpür, nə deyir, diqqət çəkəndə əl atıb boğazına onlara yalvardığı görünür, amma xeyri olmur, onu eşidən yoxdur elə bil, rusca söyüşlər də eşidilir.

    Oxrannikin səsi: Adə suka, özünü vermisən yemək-içməyin bol yerinə yetir, iki gündür bizi tula kimi salmısan dalına, adam qurulmuş qoymursan, ac-susuz qalmışıq, açıb deyim indi, pazor olasan...İstəyir qucaqlayıb bayıra çıxartsın, gücü çatmır, bu mayor rütbəli polislə ümumi çıxarışlardan xaricdən xaricdən çıxarır: -, çıxar, məclisə təhlükə gələr, peşmançılıq olar, bizə əmr verib ki, asayişi təmin edin orda.

     General: Onda elə eliyin ki, mən burdan çıxınca səsləri çoxn, ayıbdır camaatdan, birinci ağızların yumun, söyüşçüldülər.

    Polislərlə oxranalar qarpışırlar, qışqırıq, hay-küylə “OMON”çu rusları, azərbaycanlı cangüdənləri qucaqlayıb güclə bayıra çıxarırlar.

      General oturduğu stola orada bir də mikrofon alıb danışır:- Görürsüz də, Rusiyada alqokolizm baş alıb gedir, hələ bunun üçün ən yaxşılarını tapıb qoşublar məni axranyat eləməyə, qurban olum yenə də öz torpağıma, xalqıma. Mən buna görəm tək gələm, ancaq MVD Rusiya icazə vermədi ki, biz öz generalımızı təkbaşına yola sala bilmərik, yəni instuksiya nə pozvolyayet da...

      Yerdən: Təbii ki, xoş, qaneşnə, gəlmisən, gözümüz üstə yerin var, eybi yox, onlar da öz balalarımızdı...- səsləri eşidilir.

       Başçı: Əgər generalımız etiraz etmirsə, biz gedək, qoy camaatımız da sərbəst yeyib–içsinlər, əziz gündür. Səsin yavaşıdıb Generala: -Kürün qırağında da xudmani bir çay süfrəsi bizi gözləyir, hörmətli Generalımızı orda gözləyirik.

       Rəhbərlər məclisdən çıxırlar.

                         

                                   3-cü şəkil

 

   Polis müdirinin kabineti. Prokuror, MTN-nin rəsi yaşayışlı, üz-gözlərindən zəhrimar tökülür, gah oturub, gah da əsəbi, narahat şəkildə bütün var-gəl edirlər. MTN rəisi, polis rəisi tez-tez növbətçi telefonuna:-bir xəbər gəldi Rossiyadan?!-soruşurlar. Qapı ağzından səs-küy gəlir, 3 zabit rus “oxrana”larından birinin qolun arxasında burub darta-darta salırlar.

    1-ci polis zabiti:- Rəis, həkim də çağırdıq ayıltmaq üçün nə lazımsa elədik. İndi dilləri açılıb, yenə elə bayaq dediklərin təkrar eliyirlər.

    1-ci oxrana: Naçalnik, çestnoye slovo, mən də göyçaylıyam, 20 ildir tanıyıram onu, vallah düz deyirik. İnanmırsız, Novosibirsk qorodskoy upravleniyeye zəng vurun, öyrənin.

    Bu vaxtbətçi zabit kağız üzərində girir.

- Rəis, cavab gəldi.

     R ə i s. Oxu görüm tez...

     Teleqramı oxuyur:- Urojeneç selo Xanabad Yevlaxskoqo rayona Azerbaydjana, 1948-qo qoda rojdeniya Sibirxan Ibraqimoviç İbraqimov uvolen iz sostava MVD Rossii v zvanii podpolkovnik zapasa, poslednyeye doljnostskoye bir zamnaçalpna No. upravleniye vnutrennix del. Naçalnik otdela, polkovnik Petrov.

     MTN müdirinin də telefonuna bunun ardınca zəng gəlir: - Eşidirəm... Bizim növbətçidi, oxu-oxu...(Başın bulayır) Bizə də eyni cavab gəldi...başın əlləri ilə sıxıb stula çökür, sifətinin rəngi pörtüb.

     Rəis ikiəlli başına qapaz vurur:-Vay sənin ad qoyanının..Sibirxan deyil e.. Zibilxan...ski əcdadına lənət, biabır-dəsgah olduq. Oxrannikləri göstərib zabitlərə: -Rədd eliyin bu it kiçiklərin burdan, yengə gələnlər mənə...Sizin var-yoxunuzu...

     Bu hayda Başçı, başqa ilə birlikdə girir, əsəbi, özlərinin itirmiş kimi görünürlər.

     Başçı: Rəis, bu nə məsələdi?

     Rəis : Elə eşitdiyiniz kimidir, cənab Başçı.

     Başçı: Ürəyin tutub kresloya çökür. Tfu sənin....Aparatdan kurator idarənin adından zəng eliyib ki, televizorda telefon o dəm-dəsgahnan yubileyin keçirdiyiniz General, təcili məlumat təqdim edin...kimdən razılıq almısınız, barı heç öyrənmisiniz onun bizim iqtidarımıza münasibətdə, xalqımızın müdafiəsi olan bu müxalifətçilərlə bir əlaqəsi-zadı olar ha birdən, baxış cavabdehsiniz. Özgə vaxtı bu televizorlara (əliynən göstərir) yalvarırdın, pulun, maşının da verib yola salırdın, heç lazım olan xəbəri belə tez vermirdilər e...biabır olduq. Yaxşı ki, AzərTAc-a xəbər getməyib, onda baş var da, məscidin girişində qulağıma dedi ki, bunun sir-sifətindən oğraşlıq yağır, heç gözüm bundan su içmir...

     MTN müdiri: Özü də televizorda zalım uşağı ancaq elə bizim stolu, az qala ağzımızın üçün də göstərirdilər. Mənə də baxirad tutdular ki, orda müxalifətçilər niyə iştirak edir, çıxış edir, sənin orda nə işin var, öyrənin onlarla nə əlaqəsi var, maraqlan gör o hədiyyələr, nə veriblər, niyə veriblər, hara gedib...

    Rəis: Mənə də tapşırıq verdilər ki, camaatla öyrənməyə çox imkan vermək, deyəsən camaat arasında hörmətli adama oxşayır. Mən qorxudan telefonu bağlamışam. Məhv olduq hamımız, atamızı yandıracaqlar. Nə pis yerdə gecələdik, bir ilim qalmışdı təqaüdə... Xalqın üzünə nətər çıxacıyıq e, pəncərədən görünən adamları göstərir:- artıq bütün şəhər bilir...

    Prokuror: Cəhənnəm olsun e xalq...bayaq görmürdün məscidin qabağına nə qədər adam toplaşmışdı, “ureyy” qışqırırdılar. Köpəyoğlu desəydi, davay, kim könüllü döyüşə getmək keçsin bu tərəfə, gör orda bir adam qalasıydı. Elə boş-boş “Qarabağ” qışqırmağı bilirlər.

    Rəis: Gör bizim birimizin ağlına gəlib ki, gündən bəri bir öyrənək görək bu hansı yuvanın quşudur, haranın tulasıdı. O Axundun dalın dağıdacam e, o salıb dalına tula kimi gəzdirdi, hələ görək sabaha işdə qalsam...

    Başçı: Yaxşı-yaxşı, 16 yaşlı Xaldan atasından pulla satın alınmış məhsula uyğun arvad eliyəndə işin bitirdiniz, indi bu müsibət də başımıza gəlməzdi, pulun alınıb mumladınız, oturun bir görək, neyniyirik, nətər çıxırıq bu zibilin üçündən.

    İşıq düşür. Masa arxasına yaxın oturub yavaşdan məsləhət-məşvərət eliyirlər.

    Rəis ayağa qalxır: (telefona) Əməliyyat və xidmət üzrə müavinlər tez bura. (2 şişman podpolkovnik pörtmüş halda daxil olur). Demək belə....anladınız?! Təcili! (Əli ilə göstərir) Yerli televiziyadan kasetləri götürmək, fotoaparatları tapıb almaq, şəkillər çəkilibsa uniçtojat, qəzetin qalan nüsxələrini, mətbəədəki formatını məhv etmək. (Əli ilə o biri müavinə) Sən...Əməliyyatı qur, o qaçır, ayrı başa düşdün, cinayətkar qaçır...aradan çıxır, Gəncə-Moskva reysinə, uqolovnı rozısklar təcili özlərin aeropota aparırlar, bilet-milet, nə bilim nə lazımdı, silahları tutub saxlasınlar, general təcili get-desinlər, oğraşa desin sakitləşdirsinlər, oğraşa desin, saxlasınlar... dolojit edirsiz mənə ki, əməliyyat olundu, sonra geri dönürsüz, aydındır?

    Müavinlər: Bəli, rəis.

    Prokuror: (sakit) Başqa yol yoxdur, sonradan fikirləşərik.

    Başçı. Bəs indi hardadır?

    Rəis : Dədəsinin xarabasında lül-qənbər yatır, bizimkilərdən 2-si qapını da bağlayıblar, qarovulun çəkir, əmr gözləyirlər.

       

                       4-cü şəkil

 

    Uçuq-sökük, palçıqla suvanmış, toz basmış ev, divara qoca yanaşı qadın-kişi şəkli vurulub, məlul-məlul, yatan oğluna baxırlar. General əyin paltarında köhnə divanın üstündə xor-xorla yatır, general furaşkası, bir ayağında ayaqları var, o birində yox. 3 polis girir, ona xaricidir. Tapançanı ağzına dirəyir. Sərxoş, yuxulu gözün açır.

-Sənin general ağzını..., səsin çıxsa, artıq hərəkət eləsən beynini dağıdacam, tez əynindəkin çıxart bunları gey, kömək eliyin alçağa, (general libasın çıxardıb maşın mülki paltar geyindirirlər), burda izi-tozu da qalmasın, ehtiyac yoxdur, tez olun, 1 saat vaxtımız yoxdur, həyətə ehtiyac yoxdur qalmasın...

    Həyətdə əynində dar, köhnə, bir ayağında corab, o birində taykeş qaloş olan “General” qorxudan əsə-əsə, nələr, çest verir:- ponyal, ponyal, tak toçno, yest səsləri gəlir, basırlar arxa oturacağa, maşın saxlanması götürülür...

            İşıq müdirin kabinetinə düşür, bayaqkılar hamısı məlul-məhzun müxtəlif pozalarda dayanıb üstündə “general”in şəkilləri olan qəzetləri, foto-şəkilləri cırıb təpikləyən rəisə baxırlar. Pəncərələrinə ayaq üstə dayanan yazar baxıcı əlləri qoynunda acı-acı gülümsəyir: - Allah sənə rəhmət eləsin Qoqol, Cəlil... Ekranda Cəlil Məmmədquluzadə ilə Şeyx Nəsrullahın və Qoqolla Xlestakovun ruhu-əksi dolanır və rus generalı formasında Sibirxan Qarabağın paqonları cırılıb, aşağı düşüb. yuxarının üstünə yavaş-yavaş işıq düşür.

         Pərdə bağlanır.

    31.01.1998-ci il

Müəllifin arxivindən ilk dəfə çap olunur.

Hacı NƏRİMANOĞLU

  • Facebook
  • Twitter
  • Google+
  • Linkedin
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert