Azərbaycan Yazıçılar Birliyi və Zəngəzur Cəmiyyətlər Birliyi üzvlərinin təşkil etdiyi görüşü Azərbaycan Yazıçılar Birliyinin katibi xalq şairi Fikrət Qoca açdı. O, Mahirə Abdullanın çoxcəhətli yaradıcılıq manerasına malik olduqunu, onun həm şeir, həm, nəsr, həm də rəssamlıqla profesinal şəkildə məşğul olduğunu vurğuladı. Tədbirin aparıcısı şair Qəşəm Nəcəfzadə Mahirə xanimın vətəndaş mövqeyini önə çəkdi. “ “ Fəlsəfə elmləri namizədi Mahirə xanim kimi üsyankar, vətənpərvər odlu-alovlu şeirləri ilə döyüşən ikinci bir şairə xanim tanımıram.
O, nədən yazırsa yazsın onun yaradıcılığının mərkəzində vətən, onun azadlığı, müstəqilliyi dayanır. Bu vətənin yolu qədim türk torpaqları olan Zəngəzur mahalından, Qarabağdan və Göyçədən keçir. Məhz ona görə də doğulub boya-başa çatdığı Zəngəzur camaatına Mahirə xanımın bir yaradıçılıq hesabatıdır. O, bu hesabata əli boş gəlməyib. Qarabağsız namələr silsiləsindən “Erməni gölgəsi”, “Qeyb” “Qarabağsız” və “Ağıllı qadının intiharı” kitabları sizin qarşınnızdadır. Kitabların dördü də bu günlərdə işıq üzü görüb”. Kitabları oxuduqca hiss edirsən ki,Mahirə xanım bütövAzərbaycan ideyasına, dovləçilik, türkcülük düyğularına və yüksək insani kefiyyətlərə həmişə sadiqdir. Bunun nəticəsidir ki, Mahirə Abdullanın “Əvvəl-axır” romanı Mahmud Qaşqari Beynəlxalq Fondunun xüsusi mükafatına layiq görülüb. Sitatın sonu. Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, Zəngəzur Cəmiyyətlər Birliyinin Ağsaqqallar şurasının sədri, Sultan bəyin nəslindən olan tarix elmləri doktoru, professor Ziyadxan Nəbibəylii, Ənvər Əhməd, Nahid Hacızadə, Vaqif Yusifli, Ofelya Babayeva, Bakı Dövlət Universitetinin Qərbi Avropa dilləri kafedrasının müdiri Abbas Abbasov, Zəngəzur Cəmiyyətlər Birliyinin sədri Hacı Nərimanoğlu, Elxan Zal, Zərifə Cahangirli, Balayar Sadiq, Fərqanə, Narıngül və başqaları çıxış edərək Mahirə xanımın yaradıcılığındakı vətəndaşlıq düyğularından danışdılar.
Mahirə Abdullaya Zəngəzur Cəmiyyətlər Birliyinin yaradıcılığında Qarabağın bədii inikasını layiqincə əks etdirdiyinə görə xususi diplomu verildi. Görüşün sonunda Mahirə Abdulla tədbir iştirakçılarına, Azərbaycan Yazıçılar Birliyinə, Zəngəzur Cəmiyyətlər Birliyinə təşəkkürünü bildirdi, yeni şeirlərini oxudu və qədim türk torpaqları Zəngəzur və Qarabağ uğrunda son anadək qələmi ilə döyüşəcəyini vurğuladı. “ Zəngəzur və Qarabağ torpaqları tarixən bizimdir, biz o torpaqları qaytaracağıq. Bu, Mütləqdir!”